Qulliverin səyahəti (Conatan Svift)
"Öndər nəşriyyat", Bakı, 2004, 344 səh. Çəkisi: 450 qr., ölçüsü: 150x210 (mm.).
"Öndər nəşriyyat", Bakı, 2004, 344 səh. Çəkisi: 450 qr., ölçüsü: 150x210 (mm.).
XVIII əsrin böyük ingilis yazıçısı Conatan Svift özünün məşhur "Qulliverin səyahəti" (1726) satirik-fantastik romanıyla bütün dünyada şöhrət qazanmışdır.
Bu qəzəbli və coşqun əsərində müəllif realist parodiya və qrotesk üsulundan məharətlə istifadə edərək o zamankı İngiltərə cəmiyyətinin sosiyal-siyasi mənzərəsini yaratmış, mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir. Gülüş, məzəli və ağıllı gülüş Sviftin başlıca mübarizə silahıdır.
Satirik fəlsəfi bir roman - son dərəcə dərin mənalı və ciddi bir roman olan "Qulliverin səyahəti" bu gün də dünya ədəbiyyatının sevilərən oxunan həm sevindirən, əyləndirən, həm də düşündürən əsərlərindəndir.