Üç muşketyor (Aleksandr Düma)
"Öndər nəşriyyat", Bakı, 2004, 600 səh. Çəkisi: 700 qr., ölçüsü: 155x225 (mm.).
"Öndər nəşriyyat", Bakı, 2004, 600 səh. Çəkisi: 700 qr., ölçüsü: 155x225 (mm.).
XIX əsrin məşhur fransız yazıçısı Aleksandr Dümanın əsərləri sərgüzəşt və macəra romanları kimi hələ öz əhəmiyyətini itirməmişdir. Doğrudur, həmin əsərlərdə lirik, təsirli səhnələr yoxdur. Lakin yazıçı əvvəldən axıradək hərəkətdə olan qəhrəmanlarını həmişə yeni vəziyyətlərə salaraq və onları böyük zidiyyətlər qarşısında qoymaqla öz oxucusunu intizarda saxlamağı bacarır.
Kəskin mükalimə, təsvirdə və xarakteristikada yığcamlıq kimi vasitələr Düma romanlarını maraqlı və əyləncəli etmişdir. Tarixi həqiqət və həyatilik nə qədər az olsa belə, keçmiş Fransa həyatını öyrənmək baxımından həmin əsərlər, o cümlədən "Üç muşketyor" romanı bugünün oxucusu üçün yenə də maraqlı olaraq qalmaqdadır.