Koroğlu

"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2005, 224 səh. Azərbaycan xalq ədəbiyyatı seriyasından. Çəkisi: 342 qr., ölçüsü: 150x215 (mm.).


13.00 AZN


Tanınmış polyak şərqşünası, şair və mütərcimi A. Xodzko Cənubi Azərbaycandan Avropaya apardığı "Koroğlu" dastanının əlyazmasını ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun nəşri tarixində silinməz bir iz qoymuşdur.

Təqdim olunan kitab "Koroğlu" eposunun ilk əlyazma nüsxəsi əsasında hazırlanmışdır. XIX yüzilliyin əvvəllərində qələmə alınmış (toplanmış) bu dastanda xalqımızın tarixi keçmişi ilə bağlı qəhrəmanlıq ənənələri, onun mənəvi aləmi, xarakteri, əqidəsi, əxlaqi dəyərləri bədii boyalarla əks etdirilmişdir.

Dolğun süjet xətti, zəngin epizod və motivlərə malik bu variant sonrakı "Koroğlu" nəşrlərinin əsasını, qaynağını təşkil etmişdir.



AZN məzənnəsi
2026 tam siyahı
1 USD 1.7000
1 EUR 2.0018
1 TRY 0.0379