Seçilmiş əsərləri (Mikayıl Müşfiq)
"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2004, 352 səh. Seriya: Müasir Azərbaycan ədəbiyyatı. ISBN: 9952-418-15-6. Çəkisi: 452 qr., ölçüsü: 150x225 (mm.).
"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2004, 352 səh. Seriya: Müasir Azərbaycan ədəbiyyatı. ISBN: 9952-418-15-6. Çəkisi: 452 qr., ölçüsü: 150x225 (mm.).
... Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövrün Azərbaycan ədəbiyyatı bütöv olmayacaqdı. Əgər Müşfiq olmasaydı, bu ədəbiyyatda onun yeri güllə yarası kim boş və ağrılı olacaqdı.
Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşarı edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtiraza gətirməsidir. Şairin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dilə-dodağa yatan, tez də yadda qalan şeirlərinin çoxu nəğmədən seçilmir.
Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik...
Unudulmaz şairimizin seçmə şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.