Mirzə Ələkbər Sabir "Seçilmiş əsərləri"
Bakı, 2007. Çəkisi: 423 qr.
Mirzə Ələkbər Sabir təkcə Azərbaycan ədəbiyyatında deyil, bəlkə, bütövlükdə dünya poeziyasında bənzəri olmayan bir sənətkardır. Onun əsərlərində XX əsrin əvvəllərində baş verən hadisələr bütün ziddiyyət və mürəkkəbliyi ilə əlçatmaz bir qüdrətlə əks olunmuşdur. Bu kitabda çətin anlaşılan şeirlərin sətri çevirmələri və lüğəti sabirsevərlərə təqdim olunur. Ümid edirik ki, Sabir əsərlərinin bu şəkildə nəşri oxucular üçün faydalı olacaqdır.