Mavi qatarın sirri (Aqata Kristi)
"Altun Kitab" nəşriyyatı. Çəkisi: 133 qr., ölçüsü: 135x195 (mm.).
Aqata Kristi
(1890-1976)
Bütün dünyada detektiv ədəbiyyatının ən böyük ustalarından sayılan ingilis yazıçısı Aqata Kristi 80-dən çox roman, 20 pyes, bir neçə hekayə kitabı yazıb. Məşhur qadın yazıçı bu kitabları 50 ildən artıq bir müddət ərzində ərsəyə gətirib. Birinci dünya müharibəsi illərində xəstəxanada işləməsi onun yaradıcılığına təsirsiz ötüşməyib, yazıçıya xeyli həyat materialı verib. Bununla yanaşı, A. Kristinin öz həyatı da macəralarla zəngin olub. Əsərlərini ağır cinayətlərin araşdırılması üzərində qurmasına baxmayaraq yazıçı zorakılıq, kobudluq səhnələrinin, qanlı hadisələrin təsvirinə o qədər də həvəs göstərməyib və hesab eləyib ki, belə təsvirlər oxucuda mərhəmət hissini korşaldır.