Balaca şahzadə (A. Sent-Ekzüperi)

"ALTUN KİTAB" nəşriyyatı. Müəllif: A. Sent-Ekzüperi. Çəkisi: 120 qr., ölçüsü: 135x195 (mm.).


0.00 AZN


Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin az saylı əsərləri təyyarəçi-pilot Ekzüperinin təcrübəsi, dünya-görüşü, hiss-həyacanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan "Balaca şahzadə" povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.

1944-cü ildə son kəşfiyyat uçuşundan qayıtmayan Ekzüperi Böyük Səhrada qeyb olan Balaca şahzadə kimi öz planetinə çəkildisə də, qoyub getdiyi planetdə silinməz izi qaldı.



AZN məzənnəsi
2026 tam siyahı
1 USD 1.7000
1 EUR 2.0018
1 TRY 0.0379